göz-qaş
göz-qulaq
OBASTAN VİKİ
Qaş
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Göz
Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. Bir çox canlı orqanizmdə görmə sisin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. == Quruluşu və funksiyası == İnsanda göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gözləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur. İnsan ətraf aləmdən informasiya almaq üçün göz duyğu üzvündən istifadə edir. Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncündən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır.
Qaş piri
Qaş piri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndindən qərbdə təbii, uzunsov mağaradan ibarət ziyarətgah. Təbii mağara insanlar tərəfindən sitayiş obyektinə çevrilərək ziyarət edilir. Mağaranın uzunluğu 34 metr, eni 1–2 m arasındadır. Onun hündürlüyü 1-1,2 metrdir. Mağaranın girəcəyində və onun mərkəzi hissəsində olan daşın üzərində dilək tutularaq şam yandırılır. Vaxtilə mağaranın yaxınlığında daşdan və bişmiş kərpicdən inşa edilmiş bina olmuşdur. Araşdırmalar zamanı antik və orta əsrlərə aid şirsiz və şirli keramika məmulatı aşkar olunmuşdur. Azərbaycan türklərinin islama qədərki inancları ilə bağlı olan mağara-piri e.ə. I minilliyə aid etmək olar. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər mövcuddur.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Dəvə Göz
Dəvə Göz şimal-qərbi İranda, Xoy şəhərindən 15 km cənub-qərbdə və Dizaj Diz şəhərindən 1,5 km şimalda yerləşən qədim yaşayış yeridir.
Göz (dəqiqləşdirmə)
Göz
Göz damcıları
Göz damcıları — gözlərə damcılama yolu ilə tətbiq olunan izotonik məhlul. İstifadə olunduğu xəstəlikdən asılı olaraq, onların tərkibində dərmanlar və ya yalnız nəmləndirici və gözyaşardıcı məhlullar ola bilər. == Yararlılıq müddəti == Əczaçılar göz damcılarının əksəriyyətini 28 gündən sonra atmağı məsləhət görürlər, çünki onlar yalnız 28 gün ərzində məhlulda sabitdirlər. == Oftalmologiyada tətbiqi == Xəstələr müxtəlif rəngli qablaşdırmasına görə göz damcılarının müxtəlif farmakoloji siniflərini tanıya bilərlər. Məsələn, göz bəbəklərini genişləndirmək üçün damcıların qablaşdırmasının rəngi allergiya üçün damcıların qablaşdırmasının rəngindən fərqlidir. === Quru göz müalicəsi === Səthin sağalmasına müxtəlif yanaşmalar təmin edən çox sayda süni gözyaşı damcıları var. Bikarbonat ionlarının tərkibində, hipotoniklikdə, özlülükdə fərqlənən və tərkibində konservantlar olmayan növlər var. Onların hamısı fərqli təsir göstərir və buna görə də ən yaxşı nəticə verəni tapmaq üçün müxtəlif süni göz yaşlarını sınamaq lazımdır. Bu damcıların bir neçə ümumi adı var: "süni gözyaşı", "rahatlıq damcıları", "nəmləndirici damcılar". === Tərkibində steroidlər və antibiotiklər olan göz damcıları === Tərkibində steroid və antibiotik olan göz damcıları göz infeksiyalarının müalicəsində istifadə olunur.
Göz kölgəsi
Göz kölgəsi — göz qapağına rəng verməsi üçün istifadə edilən müxtəlif rənglərdə, işıltılı və ya simli ola bilən makiyaj məhsuludur. == Mənbə == Molazadə, Minu." Venus makiyaj və bəzəmə təlimi".
Göz rəngi
Göz rəngi — gözün rəngi iki müxtəlif amillə müəyyən edilən poligenik fenotipik əlamətdir. İrsiyyətin piqmentasiyası və irisin stromasında bulanıq mühit tərəfindən işığın səpilməsinin tezlikdən asılıdır. İnsanlarda irisin piqmentasiyası irisin piqment epitelində melaninin konsentrasiyasından, irisin stromasında (ön irisin üzərində yerləşir) melaninin miqdarından asılı olaraq açıq qəhvəyidən qara rəngə qədər dəyişir. İnsan irisində və ya göz mayesində nə mavi, nə də yaşıl piqmentlər heç vaxt mövcud deyil. Beləliklə, göz rəngi struktur rəng nümunəsidir və xüsusilə açıq gözlər üçün işıqlandırma şərtlərinə görə dəyişir. Bir çox quş növünün parlaq rəngli gözləri pteridinlər, purinlər və karotenoidlər kimi digər piqmentlərin varlığının nəticəsidir . İnsanlarda və digər heyvanlarda çoxlu fenotipik göz rəngi variasiyaları var. İnsanlarda göz rənginin genetikası və irsiyyəti mürəkkəbdir. İndiyə qədər 15-ə qədər gen göz rənginin miras qalması ilə əlaqələndirilib. Mavi gözlərin sadə bir resessiv xüsusiyyət olduğuna dair əvvəlki fikirlərin yanlış olduğu göstərildi.
Göz rəngləri
Göz rəngi — gözün rəngi iki müxtəlif amillə müəyyən edilən poligenik fenotipik əlamətdir. İrsiyyətin piqmentasiyası və irisin stromasında bulanıq mühit tərəfindən işığın səpilməsinin tezlikdən asılıdır. İnsanlarda irisin piqmentasiyası irisin piqment epitelində melaninin konsentrasiyasından, irisin stromasında (ön irisin üzərində yerləşir) melaninin miqdarından asılı olaraq açıq qəhvəyidən qara rəngə qədər dəyişir. İnsan irisində və ya göz mayesində nə mavi, nə də yaşıl piqmentlər heç vaxt mövcud deyil. Beləliklə, göz rəngi struktur rəng nümunəsidir və xüsusilə açıq gözlər üçün işıqlandırma şərtlərinə görə dəyişir. Bir çox quş növünün parlaq rəngli gözləri pteridinlər, purinlər və karotenoidlər kimi digər piqmentlərin varlığının nəticəsidir . İnsanlarda və digər heyvanlarda çoxlu fenotipik göz rəngi variasiyaları var. İnsanlarda göz rənginin genetikası və irsiyyəti mürəkkəbdir. İndiyə qədər 15-ə qədər gen göz rənginin miras qalması ilə əlaqələndirilib. Mavi gözlərin sadə bir resessiv xüsusiyyət olduğuna dair əvvəlki fikirlərin yanlış olduğu göstərildi.
Göz xəstəlikləri
Görmə orqanı — Periferik görmə reseptoru - göz alması və onun əlavə aparatı, görmə yolları və baş beyinin görmə mərkəzindən ibarətdir. Göz alması - cüt orqanı olub, kəllənin göz yuvalarında - orbitalarda yer göz düzgün kürə formasında deyil. Sağital oxunun uzunluğu - 24 mm, üfüqü - 23,6 mm, şaquli - 23,3 mm, göz almasının kütləsi 7-8 qrama bərabərdir. 3 qişası var: xarici və ya fibroz qişa, orta, damarlı qişa, daxili və ya tor qişa. == Gözün xarici qişası == Xarici qişa gözün fibroz qişası adlanır. (tunika fibrosa bulbi) lakin möhkəm qişadır. O, gözün formasını yaradır , onun müəyyən turqorunu saxlayır, müdafiə funksiyasını yerinə yetirir və gözü hərəkət etdirən əzələlərin bağlanması üçün xidmət edir. Fibroz qişa 2 yerə bölünür: buynuz qişa və sklera. Buynuz qişa - O, şəffafdır və səthi hamardır, parıltılıdır. Sındırma qüvvəsi 40 dptr.
Göz yaşları
Göz yaşı – bəzən kədərin, bəzən də sevincin bir ifadəsi olaraq axar. Bəzən də insandakı qəlb incəliyinin bir nişanəsi olaraq boşalır. Göz yaşlarımız, ruhun pəncərəsi olan və yalan söyləməyən gözlərimizin, daxili aləmimizdən xaricə əks edən bir dilidir sanki. Göz yaşının qəlb və ruha dair göstərdiyi əlamətlərlə yanaşı, bədənə dair verdiyi mesajlar da var. Göz yaşının funksiyalarını tam olaraq yerinə yetirə bilməsi və insanların dünyanı rahat görə bilməsi üçün, göz yaşı ifraz edən toxumalarla gözə aid olan digər orqanlar tam bir ahəng içində olmalıdır. Göz yaşı sistemi diqqətlə incələndikdə, ondakı mükəmməllik daha yaxşı hiss olunur. == Göz yaşının əmələ gəlməsi == Gözdən çıxaraq yanaqlardan aşağı süzülən maye, sadəcə olaraq bir su damcısı deyil. Göz yaşı istehsal sistemi; lipid (yağ) təbəqə, ağ öz (maye) təbəqə və musin olmaqla, üç təbəqədən ibarətdir. Göz yaşının vəzifəsini tam yerinə yetirməsi üçün, bu təbəqələrin hər birinə əhəmmiyətli vəzifələr verilmişdir. Bu təbəqələrin hər hansı birində meydana gələ biləcək bir əskiklik kornea (gözün şəffaf təbəqəsində) və konjonktiva (gözün xaricini əhatə edən pərdə quruluşu) təbəqəsində gözün itirilməsi də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.
Təpə göz
Təpəgöz – türk mifologiyasında mifik qəhrəman, türk əfsanələrində adı çəkilən tək gözlü nəhəngdir. Müxtəlif Türk dillərində Tübegöz, Töbököz, Töpekös olaraq da deyillər. Qaf dağında yaşayır. Anası alageyik donuna girə bilən bir pəridir. Bu pərinin bir çobanla birləşməsindən doğulmuşdur. Bəzən dişi, bəzən də kişi təpəgözlərə rast gəlinir. Barmağında cadulu bir üzük bağlıdır. Yalnız gözündən vurularaq öldürülər. Bədəninin digər qisimlərinə silah işləməz. Qaf dağında yaşayır.
Göz transplantasiyası
Göz transplantasiyası insan gözünün qlobusunun donordan resipiyentə köçürülməsidir. == Tarixi == 1885-ci ildə Revue générale d'ophtalmologie, 17 yaşlı bir qızın stafilomatoz və buftalmik gözünün Dr. Çibret tərəfindən dovşan gözü ilə əvəz edildiyini bildirir.
Arı qaş səhləbi
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Atmilçək qaş səhləb
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Atmilçək qaş səhləbi
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Qafqaz qaş səhləbi
Xarıbülbül (lat. Ophrys caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür. Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == İsimdir,fars dilindəki xar-tikan və bülbül sözlərinin birləşməsindən yaranıb. Xarıbülbül çoxillik ot bitkisidir. Gövdə 20–40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir.
Qöy Qaş (Bicar)
Göy Qaş (fars. گوگقاش‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (19 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
== İslamda əmanətdarlıq == Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Ecazkar göz (roman)
Ecazkar göz (rus. Чудесное око) - Rus yazıçısı Aleksandr Belyayev tərəfindən yazılmış roman. Əsər ilk dəfə 1935-ci ildə ukrayn dilində çap edilmişdir. Aleksandr Belyayev ölümündən sonra isə kitab rus dilində çapdan çıxıb. == Məzmun == Okean paraxodu Leviafan Atlantik okeanında qəzaya düşərək batıb. Qəza ilə birlikdə həm də sivilizasiya üçün olduqca dəyərli olan mühəndis-energetik, alim Blasko Xurqesin ixtiraları da suyun dibinə qərq olub. Təsadüfən isə, Xuqesin məktubu jurnalist Azoresə gəlib çıxır və qəhrəmanımız Argentinaya səfərə çıxmalı olur. Xurqesin çox dəyərli kəşflərini axtarıb-tapmaq üçün SSRİ-nın araşdırmaçılar qərargahı və dənizçiləri cəlb edilirlər. Axtarışlar rəqabətsiz ötüşmür. Qızılaxtaran avantürist Skott, Sovet heyəti ilə münaqişəyə daxil olur.
Göz (bədii film)
Göz (ing. The Eye) — amerika istehsalı olan və 2008-ci ildə ekranlara çıxan mistik triller janrında olan film. Film Sinqapur,Tailand və Honkonqun 2002-ci ildə birgə istehsal etdiyi eyniadlı filmin remeyki hesab edilir. Baş rolu aktrisa Cessika Alba ifa etmişdir. == Süjet == Sidney Vells uşaqlıqdan kordur. Bir gün ona digər bir qadının gözləri əməliyyat nəticəsində transplantasiya edilir və Sidney görməyə başlayır, lakin o donor qadının gözləri ilə gördüyündən həmin qadının qorxunc həyatı və faciələri Sidneyə aman vermir. Ruhlar və digrə qorxunc varlıqlar onun gözünə görünməyə başlayır… == Maraqlı faktlar == Film 12 milyon dollara başa gəlsə də, istehsalçılara 56.309.766 dollar gəlir gətirir. == İstinadlar == == Xarici keçidlər == Göz — Internet Movie Database saytında.
Göz (film, 2002)
Göz Panq qardaşları tərəfindən çəkilmiş qorxu filmidir.Panq qardaşları həmçinin bu filmin ardı olan Göz 2 və Göz 10 filmlərini də çəkiblər. == Məzmun == 20 yaşlı Honq Konq skripkaçısı Man 2 yaşından bəri kor idi. Bir gün ona donorun göz buyuzların transplantasiya edirlər. Və bununla da Man görməyə başlayır.Lakin Man təzəcə sevinməyə başlamışdı ki, gözünə qəribə şeylər göründü. O, ölən adamların ruhunu görürdü. Belə ki, gözləri təzə əməliyyat olanda yaxşı görə bilmədiyi üçün gördüklərinin nə olduğunu yaxşı başa düşmürdü. O, axşam xəstəxanada otaqdan çıxan pasienti görürdü və səhəri gün o pasient ölmüş olurdu. Buna görə də Man pisixoloq Dr.Vahın yanına getdi və gördüklərin ona danışdı. Man başa düşdü ki, güzgüdə gördüyü özü yox donordur. Dr.Vah onunla birlikdə Tailanda getdi və donor Linqin yaxınları ilə danışdı.
Göz (film, 2008)
Göz (ing. The Eye) — amerika istehsalı olan və 2008-ci ildə ekranlara çıxan mistik triller janrında olan film. Film Sinqapur,Tailand və Honkonqun 2002-ci ildə birgə istehsal etdiyi eyniadlı filmin remeyki hesab edilir. Baş rolu aktrisa Cessika Alba ifa etmişdir. == Süjet == Sidney Vells uşaqlıqdan kordur. Bir gün ona digər bir qadının gözləri əməliyyat nəticəsində transplantasiya edilir və Sidney görməyə başlayır, lakin o donor qadının gözləri ilə gördüyündən həmin qadının qorxunc həyatı və faciələri Sidneyə aman vermir. Ruhlar və digrə qorxunc varlıqlar onun gözünə görünməyə başlayır… == Maraqlı faktlar == Film 12 milyon dollara başa gəlsə də, istehsalçılara 56.309.766 dollar gəlir gətirir. == İstinadlar == == Xarici keçidlər == Göz — Internet Movie Database saytında.